İKT

“Apple” ən güclü və ən sürətli noutbukunu təqdim etdi – FOTOLAR
13 İYUL
159

“Apple” ən güclü və ən sürətli noutbukunu təqdim etdi – FOTOLAR

2018-07-13 11:08:00

“Apple” korporasiyası “MacBookPro” noutbuklarının yenilənmiş seriyasını təqdim edib.

Fins.a-ın verdiyi xəbərə görə, bu cihazların məhsuldarlığı əvvəlkilərdən 50-70% yüksəkdir. Noutbuklar ilk növbədə proqram əlavələrinin hazırlanması, videoların redaktəsi və işlənilməsi sahələrində çalışan peşəkarlar üçün nəzərdə tutulub.

Yeni noutbuklarda səkkizinci nəsil i5, i7 və i9 “İntel Core” prosessorları, “True Tone” displeyi quraşdırılıb. Operativ yaddaş 32 GB-dir. Klaviaturanın düymələrinin batması və qopması ilə bağlı  istifadəçilərin şikayətlərinə xüsusi diqqət yetirilib. Cihaz üçüncü nəsil yeni, sakit çalışan klaviatura ilə təchiz edilib.

“Apple”ın marketinq üzrə baş vitse-prezidenti Filip Şiller bildirib ki, yeni nəsil “MacBook Pro” noutbukları indiyədək şirkətin istehsal etdiyi ən güclü və ən sürətli noutbukdur. 13 düymlük versiyanın qiyməti 1799 dollardan, 15 düymlük versiyanın qiyməti isə 2399 dollardan başlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258