İKT

iPhone istifadəçilərinin gözlədiyi WhatsApp yeniləməsi TƏQDİM OLUNDU
05 İYUL
255

iPhone istifadəçilərinin gözlədiyi WhatsApp yeniləməsi TƏQDİM OLUNDU

2018-07-05 15:25:00

Yeni yeniləmə ilə Android istifadəçiləri üçün WhatsApp-da qrup rəhbəri olmaq daha mənalı hala gəlib. Artıq eyni xüsusiyyətlərə iOS istifadəçiləri da sahib ola biləcək və istifadə etməyə başlaya biləcəklər. Ən diqqət çəkən xüsusiyyətlərdən biri isə yalnız idarəçinin mesaj göndərə bildiyi WhatsApp qrupu olub.
Fins.az  xəbər verir ki, bu xüsusiyyət ilə bəzi qruplarda yaşanan problemlərin qarşısına keçilməsi gözlənilir. Xüsusilə elanların edildiyi və sizin üçün əhəmiyyətli məlumatları ehtiva etdiyi üçün daxil olduğunuz qruplar, istifadəçi sayının çoxluğu səbəbiylə tez-tez qarışıqlığa səbəb ola bilirdi. İştirakçıların isə "İdarəçiyə Mesaj Göndər" variantı ilə xüsusi olaraq cavab verə biləcəyi ifadə edilib.
Gətirilən bir başqa xüsusiyyət isə telefon nömrənizi dəyişəndə, daxil olduğunuz qrupda olan insanlardan seşəcəklərinizin yeni telefon nömrənizi görməməsi kimi bir variantınız olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9245
  • ₽ RUB
    0.0252