İKT

“App Store” mağazasında ən populyar tətbiqlər açıqlandı - Siyahı
04 İYUL
205

“App Store” mağazasında ən populyar tətbiqlər açıqlandı - Siyahı

2018-07-04 20:14:00

“App Annie” analitik şirkəti “App Store” əlavələr mağazasının mövcud olduğu müddət ərzində “iOS” əməliyyat sistemi üçün ən populyar proqramların siyahısını təqdim edib.

Fins.az-ın ICTnews-a istinadən xəbər verir ki, analitiklər tərəfindən reytinqin lideri “iOS” sisteminin “Facebook” proqramı seçilib.

Sonrakı yerlərdə müvafiq olaraq “Facebook Messenger”, “YouTube”, “Instagram”, “WhatsApp Messenger”, “Google Maps”, “Snapchat”, “Skype”, “WeChat” və “QQ” qərarlaşıb.

Oyun seqmentində “Candy Crush Saga”, “Subway Surfers” və “Fruit Ninja” liderlər qrupunda yer alıblar.

Məlumata görə, “App Store” mağazasında yüklənən əlavələrin ümumi sayı 170 milyardı üstələyib. Təkcə 2017-ci ildə istifadəçilər tərəfindən qurğulara ümumilikdə 30,5 milyarda yaxın proqram və oyun quraşdırılıb.

2018-ci ilin mayında mağazada təqribən 2 milyon əlavə təqdim edilib. 10 min layihə tərtibatçılarının qazancı 1 milyon dolları ötüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270