İKT

Samsung iki ekranlı smartfonun patentini aldı
28 İYUN
277

Samsung iki ekranlı smartfonun patentini aldı

2018-06-28 14:32:00

Hollandiyanın Mobielkopen adlı mənbəsi Samsung şirkətinin iki ekranlı smartfonunun patentini təqdim edib. Patentdəki cihazın çertyojlarına əsasən smartfonun ön panelində demək olar ki, çərçivəsiz genişformatlı ekran yerləşib. Onun yuxarı hissəsində isə səsgücləndiricilər və ötürücülərin yerləşdiyi nazik çərçivə var. Cihazın arxa panelində kiçik ölçüdə əlavə ekran yerləşir. Lakin əsas özəllik ondan ibarətdir ki, həmin ekran arxa paneli tamamilə əhatə etmir.
Fins.az  bildirir ki, əksinə o, arxa panelin ortasında yerləşir. Bu cür qərara görə arxa kamera yuxarı sol küncə keçirilib. Cihazda standart barmaq izi skanı texnologiyası nəzərə çarpmır. Çox güman ki, o birbaşa ekrana inteqrasiya olunacaq. Cihazın sağ tərəfindəki paneldə olan düymələr isə smartfonu bloka salma və səsin tənzim olunması düymələridir. Sözügedən cihazın nəticədə hansı smartfon modeli olacağı, ikinci ekranın hansı funksiyaları yerinə yetirəcəyi və ümumiyyətlə bu cihazın satışa çıxıb-çıxmayacağı hələki bilinmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258