İKT

“WhatsApp” messencerində stikerlər əlçatan olacaq
25 İYUN
180

“WhatsApp” messencerində stikerlər əlçatan olacaq

2018-06-25 11:54:00

“WhatsApp” messencerinin tərtibatçıları istifadəçilər üçün stikerləri əlçatan etməyə hazırlaşırlar. Tezliklə “Android” sistemi üçün istifadəyə veriləcək yeni funksiya indi bəzi istifadəçilərə beta-testerlər üçün kanal vasitəsilə əlçatandır. Bu haqda “WabetaInfo” resursu məlumat verib.
Fins.az xəbər verir ki, stikerlərin istifadəyə verilməsi bir qədər əvvəl planlaşdırılsa da,  tərtibatçılar bu funksiyanın tətbiqini müvəqqəti dayandırmağa dair qərar veriblər. Mənbənin məlumatına görə, sözügedən yenilik yenidən aktivləşdirilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259