İKT

“Instagram”dan yenilik – VİDEO
21 İYUN
167

“Instagram”dan yenilik – VİDEO

2018-06-21 09:45:00

“Instagram” sosial şəbəkə istifadəçilərinin sayı bir milyard nəfərə çatıb. 

Fins.az xəbər verir ki, bu haqda “Instagram”ın rəsmi bəyanatında deyilir.

“Tətbiq buraxıldığı gündən, yəni 2010-cu ildən bəri bizim şəbəkənin inkişafını və çiçəklənməsini heyranlıqla izləmişik. Bu “Instagram”da hər birimiz üçün mühüm nailiyyətdir, hər birinizə minnətdaram”,-deyə şirkətin bəyanatında deyilir.

Çərşənbə günü “Instagram” bir saata yaxın şaquli video yerləşdirməyə və baxmağa icazə verən IGTV tətbiqini təqdim edib.

İstifadəçilər yaxın həftələrdə onu onlayn tətbiq mağazalarından yükləyə biləcək. Proqram Android və iOS əməliyyat sistemlərini dəstəkləyir.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249