İKT

“Apple” əməkdaşlarını ayaq üstə işləməyə məcbur edəcək
15 İYUN
569

“Apple” əməkdaşlarını ayaq üstə işləməyə məcbur edəcək

2018-06-15 22:41:00

“Apple” şirkətinin rəhbərliyi yeni “Apple Park” adlanan mənzil-qərargahında öz əməkdaşları üçün ayaqüstü iş yerlərinin yaradılması ilə bağlı qərar qəbul edib. 
Fins.az-ın məlumatına görə, bundan əvvəl “Apple”in rəhbəri Tim Kuk oturaq həyat tərzini yeni növ xərçəng adlandırıb.

Onun sözlərinə görə, “ağıllı saat”lar istifadə edən “Apple”in bir çox əməkdaşları hər saatın əvvəlində 10 dəqiqə ərzində öz iş yerlərindən durur və hərəkət etməyə başlayırlar. 
O vurğulayıb ki, bütün əməkdaşlara ayaqüstü iş yerləri təklif edilib: “Bu, sizin həyat tərzi üçün daha yaxşıdır, nəinki siz ayaqüstə durub sonradan oturasınız və sairə”.
Bundan əvvəl isə bildirilib ki, “Apple” kampusunun ərazisində meynə ağacları bitir ki, onun meyvələrindən yeməkxanada əməkdaşlar üçün istifadə edilir. Bundan başqa, şirkətin mənzil-qərargahında böyük trenajor zalı da yerləşir.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250