İKT

“Kaspersky Lab” onlayn maliyyə fırıldaqçılığına qarşı yeni alətlər təklif edib
14 İYUN
208

“Kaspersky Lab” onlayn maliyyə fırıldaqçılığına qarşı yeni alətlər təklif edib

2018-06-14 10:58:00

“Kaspersky Lab” şirkəti maliyyə sahəsində onlayn fırıldaqçılığa qarşı yeni nəsil həllər istehsal edib.

Bu barədə şirkətdən məlumat verilib.

Yenilənmiş “Kaspersky Fraud Prevention” indi “Kaspersky Advanced Authentication” və “Kaspersky Automated Fraud Analytics” adlı iki ayrı məhsuldan ibarətdir. Birinci alət istifadəçinin hesabının etibardan salınmasının müxtəlif ssenarilərinin qarşısını alır, ikinici isə maliyyə fırıldaqçılığının ən mürəkkəb hallarını belə müəyyənləşdirib araşdırmağa kömək edir. Müdafiənin bu cür diversifikasiyası internetdə tranzaksiya keçirən müxtəlif təşkilatlara maliyyə təhlükəsizliyinin daha aktual tərəfləri üçün həllər seçməyə imkan yaradacaq.

“Kaspersky Advanced Authentication” adlı yeni həlldə realizə olunan maşın təlimi texnologiyaları və mürəkkəb riyazi alqoritmlər istənilən qeyri-adi, o cümlədən fırıldaqçı aktivlikləri login və parolu daxiletmə mərhələsində operativ şəkildə müəyyənləşdirməyə kömək edir. “Kaspersky Lab”ın həlli davranış və biometrik məlumatları təhlil edir, həmçinin istifadə olunan avadanlığın etibarını yoxlayır. Bütün bu proseslər istifadəçidən əlavə hərəkətlər tələb etmir, lakin əsaslandırılmış şübhə yarandığı halda internet-mağaza şəxsiyyətin təsdiqlənməsi üçün həmişə müştərisi ilə əlaqə saxlaya biləcək.

Öz növbəsində, bu gün maliyyə təşkilatlarının qarşısında kibersoyğunçuluğun, onlayn-fırıldaqçılığın və internetdə pulların yuyulmasının müxtəlif sxemlərin qarşısını almaq kimi olduqca kəskin məsələ durur. “Kaspersky Automated Fraud Analytics” adlı yeni məhsul məhz bu cür problemin həlli üçün yaradılıb.

Tranzaksiyanın keçirilməsi ilə bağlı bütün istifadəçi sessiyası ərzində həll yüzlərlə müxtəlif indikatorları təhlil edir və yoxlayır və əldə etdiyi məlumatları maliyyə kibercinayətkarlıqlarının spesifik ssenariləri ilə müqayisəsini aparır. Bu cür yanaşma ən erkən mərhələlərdə belə ciddi hadisələri avtomatik olaraq müəyyən etməyə imkan yaradır.

“Onlayn-fırıldaqçılıq əvvəlki kimi maliyyə təşkilatları üçün təhlükə doğurur, lakin bu riskə digər sahələr də məruz qalmağa başlayır. Bu gün ən müxtəlif şirkətlər vəsait və resurslarını bizneslərinin rəqəmsal əməliyyatlarını inkişaf etdirilməsinə yönəldir. Məhz bu səbəbdən biz maliyyə fırıldaqçılığından müdafiə olunan yanaşmamıza yenidən baxmağa qərara gəldik. Daha da ixtisaslaşmış və dar istiqamətli həllər təklif edərək, biz təşkilatlara təhlükəsizlik sistemlərini vacib olan yerlərdə möhkəmləndirmək imkanını veririk”, – deyə “Kaspersky Fraud Prevention”un rəhbəri Aleksandr Yermakoviç bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258