İKT

“AirPods” qulaqcığı eşitmə cihazı kimi istifadə edilə bilər
07 İYUN
278

“AirPods” qulaqcığı eşitmə cihazı kimi istifadə edilə bilər

2018-06-07 22:29:00

iOS-un yeni versiyasında naqilsiz “Apple” qulaqcıqlarını eşitmə aparatı qismində istifadə edə bilmək imkanları yaradılıb. 
Fins.az xəbər verir ki, yeni içlikdə real zaman rejimində smartfonun mikrofonundan səsi ötürə bilən funksiya aşkar edilib. Bununla da istifadəçi “iPhone”u müsahibinə yaxınlaşdıracaq və onun nitqini daha yaxşı eşidə biləcək. Təbii ki, bu, əsl eşitmə cihazını əvəz etməyəcək, ancaq məhdud eşitmə imkanları olan insanlara yardımçı olacaq. 
Yeni funksiya "iOS 12" əməliyyat sisteminin beta versiyasında artıq istifadəyə verilib. “Apple” əməliyyat sistemli mobil cihazları üçün tam versiya payızda yeni “iPhone”ların təqdimatından sonra istifadəyə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260