İKT

Dünyaca məşhur şirkət “WhatsApp” və “Snapchat”a qadağa qoydu
07 İYUN
221

Dünyaca məşhur şirkət “WhatsApp” və “Snapchat”a qadağa qoydu

2018-06-07 10:05:00

Almaniyanın “Continental” təkər və avtomobil hissələri istehsalçısı əməkdaşlarına “WhatsApp” və “Snapchat” messencerlərindən istifadə etməyi qadağan edib.

Fins.az xəbər verir ki, buna səbəb istifadəçilərin məlumatlarının kifayət qədər müdafiə edilməməsidir. Ancaq bu qayda yalnız xidməti telefonlara aiddir.

Belə ki, bu tətbiq şəxsi məlumatlara çıxışa malikdir. Məsələn, telefon kitabçasına. Yəni üçüncü şəxslərin məlumatları təhlükə altında qalır.

“Biz fərdi məlumatların qorunması haqqında qanunun icrası zamanı məsuliyyətin birtərəfli qaydada istifadəçilərin üzərinə qoyulmasını yolverilməz hesab edirik”, – deyə “Continental” şirkətinin baş direktoru Elma Degenhart bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256