İKT

"Apple" şirkətinin rəhbəri telefonda çox vaxt keçirdiyini etiraf edib
05 İYUN
89

"Apple" şirkətinin rəhbəri telefonda çox vaxt keçirdiyini etiraf edib

2018-06-05 09:47:00

"Apple" şirkətinin rəhbəri Tim Kuk öz "iPhone" telefonunda lazım olduğundan daha çox istifadə etdiyini deyib.

"Düşünürdüm ki, mən bu məsələdə intizamlıyam…Lakin yanılmışam", - deyə Kuk əlavə edib.

O deyib ki, bunu "Screen Time" funksiyasını sınadıqdan sonra başa düşüb.

"Məlumatları almağa başlayanda, gördüm ki, (öz "iPhone" telefonumla. — Report) lazım olduğundan daha çox vaxt keçirirəm", — deyə "Apple" şirkətinin rəhbəri söyləyib.

Kuk müsahibə zamanı yeni "iOS 12" əməliyyat sistemində keçərli olacaq "Screen Time" funksiyasından danışıb. Bildirilir ki, istifadəçi, xüsusilə, "Screen Time"nin sayəsində proqramlardan istifadə vaxtını tənzimləyə biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267