İKT

Yaşıl və bənövşəyi "iPhone" - FOTO
30 MAY
223

Yaşıl və bənövşəyi "iPhone" - FOTO

2018-05-30 14:44:00

İnternetdə “Apple” tərəfindən bu il təqdim olunacaq yeni “iPhone”ların ilk fotoları yayılıb.

Fins.az xəbər verir ki, fotolarda sentyabrda təqdim olunacaq smartfonların prototipləri yer alıb.

Cihazlar zahirən “iPhone X” smartfonunu çox xatırladır. Hələlik yeni cihazların texniki xüsusiyyətləri bəlli deyil və əsas fərq kimi rənglər görünür.   

Daha əvvəl də söz-söhbət yayılmışdı ki, “Apple” fərqli rənglərdə “iPhone” buraxacaq. Lakin hansı yeni rənglərdən istifadə olunacağı məlum deyildi. İndi fotoları yayılan prototiplərdə yaşıl və bənövşəyi rəngli “iPhone”lar nəzərə çarpır.

Hələlik “Apple” məhz bu rənglərdə “iPhone” buraxacağını təsdiqləməyib.

Qeyd edək ki, "Apple" sentyabrda keçirəcəyi rəsmi təqdimatda “iPhone 9”, “iPhone Xs” və “iPhone Xs Plus” smartfonlarını nümayiş etdirməyə hazırlaşır. Onların hər üçü OLED displeylə təchiz olunacaq. “Apple” LCD displeylərdən tam imtina etməyə hazırlaşır.  

Eləcə də bax: 2019-cu il iPhone modelləri barəsində yeni məlumatlar var

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259