İKT

ABŞ: Yeni virus Rusiyada yaradılıb
25 MAY
130

ABŞ: Yeni virus Rusiyada yaradılıb

2018-05-25 10:09:00

BŞ-ın Federal Təhqiqatlar İdarəsi  (FTİ) “VPNFilter” virusu ilə həyata keçirilən irimiqyaslı botnet-hücumunda Rusiya hökumətinin əli olduğunu hesab edir.

“VPNFilter” virusu “Linksys”, “MikroTik”, “NETGEAR” və “TP-Link” şirkətlərinin istehsal etdiyi şəbəkə qurğularını, o cümlədən, modem və routerləri, həmçinin yaddaş qurğularını sıradan çıxarıb.

Təkcə may ayında 500 mindən çox qurğunun bu virusa yoluxduğu bildirilir.

FTİ virusun alqoritmini “Fancy Bear” haker qrupunun fəaliyyəti ilə əlaqələndirib. Vaşinqton həmin qrupu Rusiyanın virtual məkanda apardığı kəşfiyyatının əsas aləti hesab edir.  

İdarə yaxın zamanda kiberhücum qurbanlarının siyahısını ictimailəşdirəcək.

Eləcə də bax: Apple, haqqınızda bildiyi hər şeyi yükləyə biləcəyiniz bir xidmət təqdim etdi!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272