İKT

Rusiya “Booking.com”u bloklaya bilər
23 MAY
142

Rusiya “Booking.com”u bloklaya bilər

2018-05-23 14:13:00

Otellərin online bron edilməsi xidməti olan “Bookong.com” Rusiya Federasiyası ərazisində bloklana bilər.

Fins.az xəbər verir ki, Rusiyanın Turizm üzrə Dövlət Agentliyi - “Rosturizm”ə bu məsələni nəzərdən keçirmək tapşırılıb. Təşkilat bu barədə təkliflərini iyunun 4-nə qədər hökumətə təqdim etməlidir.

“Rosturizm” məsələ ilə əlaqədar müvafiq peşə birlikləri və ictimai təşkilatların mövqeyini öyrənəcək.

Qeyd edək ki, Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalarla əlaqədar ölkənin turist operatorlarından biri “Booking.com”un Rusiya ərazisində fəaliyyətini məhdudlaşdırmağı təklif edib. “Booking.com” ABŞ-ın “Booking Holdings” şirkətinə aiddir.

Eləcə də bax: “Facebook”da fərdi məlumatlara nəzarət üçün yeni funksiyalar istifadəyə veriləcək

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273