İKT

Saniyələr içində şarj olacaq batareya hazırlandı!
22 MAY
246

Saniyələr içində şarj olacaq batareya hazırlandı!

2018-05-22 12:13:00

Texnologiyanın əhəmiyyətli ölçüdə irəliləməsinə baxmayaraq, batareya texnologiyası bu irəliləməyə ortaq ola bilmir. Bu problemə bir həll tapmağa çalışan Cornell Üniversitetindəki alimlər, saniyələr ərzində şarj olacaq bir batareya hazırladı.
İstifadəçilər, aylar içində ömrü qısalan hətta pozulan batareyalardan olduqca şikayətçidir. Bu şikayətə çarə axtaran Cornell Universitesində bir qrup, batareyanın ömrünü necə uzadacağını araşdırdı.

Eləcə də bax: Xiaomi Mi 8 gəlir: Şirkət fərqli addımlar atır – VİDEO

Batareya ömrü barədə isə istifadəçilərlə bəzi sorğular edildi. Bu mövzu üzərində əvvəldən də düşünən Google, enerji istehlakını qurmaq üçün süni zəkalardan istifadə etməyi seçdi. Bundan əlavə, digər şirkətlər də Günəş enerjisiylə çalışan telefonlar istehsal etdi.


Cornell Material Elmi və Mühəndisliyində işləyən Professor Ulrich Wiesner və digər araşdırmaçılar, 3D spinel quruluşlu bir batareya yaratmağa çalışdı. Qrupun açıqlamasına görə yeni batareya sistemi, sürətli alınan elektirikdən mənfi təsir almadan güc tutumunu ən yuxarı daşıyacaq.

Inqilab xüsusiyyətində olacaq bu həll, telefonlar üçün həqiqətən böyük bir irəliləyiş təmin edəcək. Qrup, qüsurlarına baxmayaraq indidən bu sistemin patentinin almaq üçün müraciət etmişdir. Cornell Universiteti, ABŞ Enerji Nazirliyi və Milli Elm Fondunun da dəstəyiylə araşdırmalarına davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256