İKT

HTC blockchain və kriptovalyuta üçün telefon hazırlayır: HTC Exodus
22 MAY
133

HTC blockchain və kriptovalyuta üçün telefon hazırlayır: HTC Exodus

2018-05-22 11:02:00

Son illərdə kriptovalyuta və blockchain kimi yeniliklər insanların çox diqqətini çəkir. Bunu fürsət olaraq görən şirkətlərdən biri də HTC oldu. Şirkət blockchain dəstəkli yeni bir model üzərində işləyir və deyilənlərə görə çox funksional olacaq, həmçinin kriptovalyuta ilə məşğul olanların işlərini də asandlaşdıracaq.

HTC, Exodus adında blockchain dəstəkli yeni android telefon üzərində işləyir. Dünyanın blockchain və kriptovalyuta dəstəkli 2-ci telefonu olacaq.1-cisi Finney telefonudur.    

Eləcə də bax: Xiaomi Mi 8 gəlir: Şirkət fərqli addımlar atır – VİDEO

Sirin Labs tərəfindən istehsal olunan və Finney adlanan blockchain dəstəkli ilk telefondan sonra, HTC də öz modelini hazırlamağa başladı. HTC Exodus modelinin Finney markalı telefondan daha ucuz olması gözlənilir. Belə ki, Sirin Labs, Finney telefonunu 1000 Dollar qiymətinə satır. HTC Exodus modelinə gəldikdə isə telefon LiteCoin, Etherium, BitCoin və digər kriptovalyutalar üçün tam dəstək verəcək. Bundan əlavə şirkətin planlarına görə, Exodus modeli istifadə edənlər öz aralarında kriptovalyuta alıb və ya göndərə biləcəklər. Telefonun digər müsbət yanı isə virtual olaraq pulqabı rolunu oynayacaq. HTC rəsmiləri iddia edir ki, yeni telefonları istifadəçilərin valyuta alış-satışı zamanı əlavə xərclərdən azad edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267