İKT

Enerjisi bitməyən "iPhone X" – TƏQDİM OLUNDU
16 MAY
2284

Enerjisi bitməyən "iPhone X" – TƏQDİM OLUNDU

2018-05-16 16:50:00

Rusiyanın "Caviar" brendi istənilən işıq mənbəyindən qidalanan "iPhone X" istehsal edib.

Fins.az xəbər verir ki, unikal qacetin ilk modeli "Tesla" və "SpaseX" şirkətlərinin sahibi Elon Maska göndəriləcək.

Doldurulma tələb etməyən smartfonun üzərində "Caviar" mühəndisləri yarım il işləyiblər. Qurğu zərbəyə davamlı örtük və qızıl dekorativ elementlərdən düzəldilən enerjidoldurma indikatoru ilə təchiz edilib.  Telefonu satışa buraxmaq üçün onun üzərində yüzlərlə test aparılıb və bütün sınaqlardan üzüağ çıxıb. Bu, "iPhone X"-in təkmil variantı sayılır.

Maska göndərilən üzərində "Made on Earth by Humans" ("Yerdə insanlar tərəfindən yaradılıb") yazılıb.

Eləcə də bax: Narahat edən nömrələri necə bloklayaq?

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254