İKT

“Facebook” istifadəçilərinin şəxsi məlumatları yenidən yayıldı
15 MAY
148

“Facebook” istifadəçilərinin şəxsi məlumatları yenidən yayıldı

2018-05-15 15:44:00

“Facebook” sosial şəbəkəsinin 3 milyondan çox istifadəçisinin şəxsi məlumatları internetdə yayılıb.

Fins.az xəbər verir ki, bu istifadəçilər sosial şəbəkədə “myPersonality” proqram əlavəsinin testindən keçib. Psixoloji testin nəticələri Kembric Universitetinin alimləri tərəfindən elmi tədqiqatlarda istifadə olunub. Alimlər məlumatlardan istifadə etdikdən sonra onları 4 il ərzində kifayət qədər qorunmayan saytda saxlayıblar.

Bundan başqa, proqram 22 milyon istifadəçinin statuslarını və 4 milyon istifadəçinin demoqrafik məlumatlarını da toplayıb. İnsanlara xəbərdarlıq edilib ki, onların informasiyalarından anonim üsullarla istifadə oluna bilər, lakin istifadəçilərin kimliyinin gizlədilməsi üçün lazımi tədbirlər görülməyib.

“Facebook” ötən həftə “myPersonality” əlavəsini sosial şəbəkədən uzaqlaşdırıb və bu barədə araşdırma apardığını açıqlayıb. Böyük Britaniya da ayrıca təhqiqat aparır.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277