İKT

Xiaomi şirkətinin 2023-cü ilə kimi təqdim edəcəyi smartfonlar məlum olub
15 MAY
194

Xiaomi şirkətinin 2023-cü ilə kimi təqdim edəcəyi smartfonlar məlum olub

2018-05-15 11:10:00

Avrasiya İqtisadi Komissiyasının məlumatlar bazasında Xiaomi şirkətinin yaxın gələcəkdə satışa çıxacaq smartfonları barəsində məlumatlar ortaya çıxıb. Bu barədə Killerfeatures saytı xəbər verib. Sözügedən siyahıya artıq təqdim olunmuş smartfonların yeni versiyaları və bir yeni smartfon seriyası daxil olub. Siyahıdakı smartfonlar 31 Dekabr 2023-cü il tarixinə kimi satışa çıxmalıdırlar. Məlumata əsasən Xiaomi Redmi S2-nin Redmi S1 və Redmi S3 adlı davamçıları olacaq. Yaxın zaman ərzində təqdim olunacaq Xiaomi Mi 7 isə Mi 7 Liteadlı daha büdcəli versiyaya sahib olacaq. Həmçinin şirkətin çərçivəsiz Mi Mix 2S modeli də yenilənəcək və onun adı Mi Mix 3S olacaq.

Smartfonlar arasında həmçinin Redmi Note 6, Redmi Note 6a, Redmi Note 6 Prime, Redmi Note 6a Prime, Redmi 6 Plus və Redmi 6a Plus modelləri də var. Bütün bunlardan əlavə olaraq şirkətin yeni smartfon seriyası olacaq Mi S haqqında da məlumatlar var. Həmin seriyaya Mi S, Mi S2 və Mi S3 modelləri daxil olacaq. Həmçinin Redmi seriyası da yeni modellərlə təmin olunacaq. Sadalanmış smartfonlardan əlavə olaraq Redmi seriyası həmdə Redmi A1 və Redmi A2 modelləri ilə genişləndiriləcək. Sözügedən bu smartfon modellərinin texniki özəllikləri, qiymətləri və təqdimat tarixləri barəsində hələki heç bir məlumat yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259