İKT

Galaxy S9 üçün yeni möhtəşəm rəng variantı təqdim edildi
10 MAY
365

Galaxy S9 üçün yeni möhtəşəm rəng variantı təqdim edildi

2018-05-10 10:03:00

Samsungun smartfon modelləri Galaxy S9 və Galaxy S9 Plus üçün yeni bir rəng variantı təqdim edəcəyi ortaya çıxıb. Bu Samsung üçün bir ilk deyil, çünki daha əvvəl bir çox fərqli model satışa təqdim edildikdən sonra yeni rəng variantları əlavə edilib.
Fin.az xəbər verir ki, bu çərçivədə tünd qırmızı rəng variantına sahib olan Galaxy S9, Samsung Çin internet saytında göstərilib. Təəccübləndirici olan isə Mart ayında istifadəçilər ilə görüşən cihazlar üçün bu qədər qısa müddət içərisində yeni rəng variantı təqdim edilməsidir.
Cihazın arxa hissəsindəki tünd qırmızı rəngdəki şüşə quruluş olduqca qəşəng bir görünüş təmin edir. Çində istifadəçilər ilə görüşdürülən bu rəng varianta sahib olan Galaxy S9-un, Avropa və digər ölkələrdə satışa təqdim edilib-edilməyəcəyi bilinmir.


Metal çərçivə və barmaq izi oxuyucusu yeni rəng variantından nəsibini alır. Eyni rəng variantı keçən il Cənubi Koreya və Hindistanda, Galaxy S8 modelləri ilə görüşüb. Galaxy S8+ ardıcıllığına sonradan əlavə olunan bir digər rəng variantı Rose Pink isə Tayvan, İngiltərə və Cənubi Koreyadakı istifadəçilərə təqdim edilib
Tünd qırmızı Galaxy S9 modellərinin digər rəng variantları ilə eyni qiymətə sahib olacağı ifadə edilir.

© Teach.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259