İKT

Galaxy S8-in daha büdcəli versiyası Galaxy S8 Lite gəlir
08 MAY
295

Galaxy S8-in daha büdcəli versiyası Galaxy S8 Lite gəlir

2018-05-08 11:56:00

Çinin TENAA adlı telekommunikasiya agentliyinin məlumatlar bazasında Samsung şirkətinin hələ anons etmədiyi və SM-G8950 model nömrəsinə sahib smartfonu peyda olub. Smartfonun fotolarına və texniki göstəricilərinə baxdıqda demək olar ki, bu, Galaxy S8 Lite modelidir. Yəni keçən il təqdim olunmuş Galaxy S8-in daha büdcəli versiyası. 

Smartfonun təsvirində qeyd olunub ki, o, 2220x1080 piksel keyfiyyətli 5.8 inç ekran, 8 nüvəli Snapdragon 660prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş (256 GB-a kimi microSD dəstəyi), 16 MP-lik arxa kamera, 8 MP-lik ön kamera və sürətli enerji yığma özəlliyinə sahib 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy S8 Lite Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Sözügedən smartfonun təqdimat tarixi və qiyməti barəsində heç bir məlumat yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259