İKT

“Facebook”un virtual reallıq eynəyini satışa çıxardı
02 MAY
190

“Facebook”un virtual reallıq eynəyini satışa çıxardı

2018-05-02 16:02:00

“Facebook” şirkəti tərəfindən hazırlanmış “Oculus Go” virtual reallıq eynəyi mayın 1-dən satışa çıxarılıb.

Fins.az xəbər verir ki, bu barədə San-Xosedə keçirilən “F8” konfransında “Facebook”un qurucusu Mark Zukerberq məlumat verib.
200 dollara satışa çıxarılan "Oculus Go" üçün artıq sifarişlər vermək olar. “Oculus Go” eynəyinin xüsusiyyətlərindən biri fərdi kompüter və ya naqillərdən istifadə etmədən virtual reallıqdan istifadə etmək imkanıdır. İstifadəçi otağın şəklini çəkə və yeni devaysın köməyi ilə özünü orda hiss edə bilər.
Zukerberq bildirib ki, “Facebook” yaxın gələcəkdə virtual və artırılmış reallıq texnologiyalarını yeni səviyyəyə çıxartmaq niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257