İKT

Apple 10-dan çox ölkənin küçələrini gəzdi
02 MAY
135

Apple 10-dan çox ölkənin küçələrini gəzdi

2018-05-02 11:37:00

Apple Google-a rəqib olacaq. Belə ki, Apple Maps xidməti 10-dan çox ölkədə artıq fəaliyyətini tamamlayıb.

Fins.az xəbər verir ki, Apple dünyanın müxtəlif ölkələrindəki məlumatları toplayır.

Məlum olduğu kimi, 2007-ci ildə Google Street View xidmətinin təqdim edilməsi ilə şəhərlərdə itmək qeyri-mümkün hala gəldi.

İndi isə Apple bunu ən son texnologiyalar ilə daha da inkişaf etdirir.

Qeyd edək ki, Apple Maps alətləri lazer texnologiyası ilə uzaq məsafələrə və obyektlərin uzaqlığını təmin edən LiDAR avadanlıqları ilə təchiz olunub.

Apple Maps ABŞ-ın 41 əyalətinin xəritəsini yaradıb. 10 ölkənin küçələrini isə qarış-qarış gəzib.

Bu ölkələrə ABŞ, İngiltərə, Xorvatiya, Fransa, İrlandiya, İtaliya, Portuqaliya, Sloveniya, İspaniya və İsveç daxildir.

© Xeberler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254