İKT

“Instagram”da 3 yeni funksiya gözlənilir
30 APREL
225

“Instagram”da 3 yeni funksiya gözlənilir

2018-04-30 14:05:00

“İnstagram” sosial şəbəkəsinin komandası yeni funksiyaların sınaqlarına başlayıb. 

Fins.az xəbər verir ki, bu funksiyalardan biri “İqnor” etmək funksiyasıdır. Belə ki, bu funksiya daha fəal istifadəçilərin abunəçiliyini onları dostluqdan silmədən müvəqqəti söndürəcək.
Bundan başqa, “Stories”lərdə xüsusi təqvim olacaq ki, bu funksiyada şəkillərin baxılmasını ciddi şəkildə sadələşdirəcək. 
“İnstagram” istifadəçiləri slow-mo rejimində, yəni ləngidilmiş səsləndirmə effekti rejimi ilə videoların yazılması funksiyasını dəstəkləyəcək. Bu funksiya bir çox smartfonlarda standart kamera tətbiqi ilə dəstəklənmir.  
Bundan öncə isə “İnstagram” istifadəçiləri öz profilindən şəkilləri və şərhləri yükləmək imkanı əldə ediblər. 

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259