İKT

Orta qiymət ilə flaqman göstəricilərə sahib Xiaomi Mi 6X təqdim olundu
27 APREL
563

Orta qiymət ilə flaqman göstəricilərə sahib Xiaomi Mi 6X təqdim olundu

2018-04-27 13:47:00

Xiaomi şirkəti Çində Mi 6X smartfonunu təqdim etdi. Bütün dünyada sözügedən model Mi A2 adı ilə satılacaq. Qeyd etmək lazımdır ki, təqdim olunmuş yeni smartfon şirkətin ilk orta qiymət göstəricili modelidir ki, 18:9 nisbətində ekrana sahibdir. Beləliklə Mi 6X 5.99 inç Full HD+ (2160x1080 piksel keyfiyyətli) ekran, 8 nüvəli Snapdragon 660 prosessoru, Adreno 512 qrafik sürətləndirici, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş, Quick Charge 3.0 özəllikli (30 dəqiqəyə 50% enerji yığma) 3010 mAh enerji tutumlu batareya, USB Type-C girişi və ənənəvi 3.5 mm-lik audiogiriş ilə təchiz olunub.

Təqdimatda smartfonun kameralarına böyük diqqət ayrılıb. Belə ki, smartfon 12 MP (Sony IMX486) + 20 MP (Sony IMX376) ikili arxa kamera və 20 MP-lik (Sony IMX376) ön kamera ilə təchiz olunub. Smartfonun ikili arxa kamerası süni zəka texnologiyasına sahibdir. Nəticədə isə süni zəka texnologiyası sayəsində həmin kameralar çəkiliş ayarlarını dəyişərək müxtəlif obyektləri və 206 növ səhnəni təyin edə bilir. Ön kamera həmçinin “AI Beauty” və “Al night self-timer” rejimlərinə sahibdir və 12 növ selfiləri təyin edə bilir. İstifadəçi həmdə ön kameradan istifadə edərək smartfonu blokdan çıxara bilər. Yəni ön kamera istifadəçi üzünün skanı özəlliyini də özündə birləşdirir.

Mi 6X MIUI 9.5 interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır və Xiaomi şirkətinin səsli köməkçisinə sahibdir. Çində smartfonun satışları 27 Aprel tarixindən start götürəcək. 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 253$, 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 285$, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya isə 316$ qiymətində satılacaq. Bundan əlavə olaraq yaxın zamanda Mi A2 modelinin qlobal versiyasının anonsu da gözlənilir. Həmin model Mi 6X-in texniki özəlliklərinə sahib olsa da təmiz Android vasitəsilə çalışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255