İKT

Dünya robot texnikası bazarının həcmi sürətlə artır
25 APREL
163

Dünya robot texnikası bazarının həcmi sürətlə artır

2018-04-25 14:22:00

Global Market Insights tədqiqat şirkəti 2016-cı ildə dünya servis robotları bazarının həcmini 8 milyard dollar, say ifadəsində isə 7,5 milyon ədəd qiymətləndirib.

Fins.az xəbər verir ki, Analitiklər tərəfindən servis robot texnikası bazarının həcminin 2024-cü ilədək 22 milyard dollar səviyyəsinədək artacağı proqnozlaşdırılır.

Robotlardan istifadə məhsuldarlığı artırmağa və prosesləri optimallaşdırmağa, eləcə də müxtəlif sahələrdə müştərilərə xidmətin göstərilməsini yaxşılaşdırmağa imkan verir. Robotlar səhiyyə, pərakəndə satış, turizm və xidmət sahəsi kimi sektorlarda populyarlıq qazanır.

Bildirilir ki, bu yaxınlarda İtaliya hotelində SoftBank Robotics şirkətinin insanabənzər Peper robotu fəaliyyətə başlayıb. Hotel xidmətçisi robot italyan, alman və ingilis dillərində suallara cavab verə bilir.

Bundan başqa, Knightscope robot mühafizəçiləri ticarət mərkəzlərində, avtomobil dayanacaqlarında və məktəblərdə uğurla çalışaraq servis robot texnikası bazarının müxtəlifliyinin daha bir nümunəsi kimi çıxış edirlər.

Nəqliyyat və logistika şirkətləri tərəfindən yüklərin yığılması, yüklənməsi və boşaldılması işləri üçün robot texnikası aktiv tətbiq edilir. Logistika robot texnikası bazarının həcmi 2016-cı ildə 1 milyard dollar təşkil edib.

Elektron ticarət sektoru şirkətləri internet sifarişlərinin toplanma və göndərilmə müddətini azaltmağa imkan verən robotlardan geniş istifadə edirlər. Pərakəndə satış və elektron ticarət şirkətləri robot texnikası sahəsinə investisiyalar yatıraraq bazarın həcmini artırırlar.

© Xeberlər.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254