İKT

Bill Qeyts, “Airbus” və “SoftBank” real vaxt rejimində yenilənən peyk xəritələrinə yatırım ediblər
24 APREL
169

Bill Qeyts, “Airbus” və “SoftBank” real vaxt rejimində yenilənən peyk xəritələrinə yatırım ediblər

2018-04-24 10:10:00

Yer kürəsinin fasiləsiz videomüşahidəsini həyata keçirən peyk sistemi yaratmaq istəyən “EarthNow” şirkəti öz layihəsini reallaşdırmaq üçün böyük məbləğdə investisiya cəlbi haqda məlumat verib. “Microsoft”un həmtəsisçisi Bill Qeyts, “Airbus” şirkəti və Yaponiyanın “SoftBank” şirkəti bu ideyanı dəstəkləyib.

Fins.az xəbər verir ki, “EarthNow” şirkəti planetin səthinin “canlı və filtrasiya edilməmiş” təsvirini yayımlaya biləcək peyklər toplusunu orbitə çıxartmaq niyyətindədir. Proqramçıların Yer kürəsinin istənilən nöqtəsinin kadrlarını öz proqramlarına tətbiq edə biləcəyi, smartfon sahiblərinin isə real vaxt rejimində bu kadrları müşahidə etmək imkanına yiyələnəcəyi gözlənilir.

Bundan başqa, peyklər vasitəsilə əldə edilmiş təsvir heyvanların miqrasiya yollarının öyrənilməsinə, meşə yanğınlarının monitorinqinə və brakonyerliklə bağlı qanunsuz fəaliyyətin qarşısının alınmasına kömək edə bilər.

© ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259