İKT

İlk “8К” televizorun qiyməti məlum olub
23 APREL
375

İlk “8К” televizorun qiyməti məlum olub

2018-04-23 16:26:00

"Sharp" şirkətinin ötən ilin sentyabrında Almaniyada keçirilən "IFA 2017" sərgisində ictimaiyyətə təqdim etdiyi "8К" formatlı dünyanın ilk televizoru satışa çıxarılır.
Fins.az xəbər verir ki, satışına bu həftə başlanacaq "Sharp LV-70X500E" modelinin Avropada qiyməti 11199  avro olacaq.
Məlumata görə, 33,2 milyon pikseldən ibarət matrisa ilə təchiz edilən yeni televizorun ölçüsü diaqonal üzrə 70 düym təşkil edir. Ekranın təsvir ölçüsü 7680×4320 pikselə, maksimal parlaqlıq isə 1000 kd/m2 işıq parlaqlığına bərabərdir. Bundan başqa, "HDR" texnologiyası dəstəklənir. BT2020 rəng qamması 86 faiz təşkil edir. Həmçinin televizora "HDMI", "D-sub 2K" və "USB" çıxışları, eləcə də 32 vatt gücündə 2,1 formatlı akustik sistem quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256