İKT

Yen robot yüzlərlə iPhone-u parçalayacaq
21 APREL
184

Yen robot yüzlərlə iPhone-u parçalayacaq

2018-04-21 08:54:00

Məlum olduğu kimi, əlavə xərcləri azaltmağa çalışan Apple sıradan çıxmış iPhone-ları yenidan istehsal etmək üçün Liam adlı robotun xidmətindən istifadə edirdi.

Fins.az xəbər verir ki, şirkət artıq bu işi Daisy adlı robota həvalə edib.

Belə ki, Liam-dan daha ağıllı və sürətli olan Daisy saatda 200 ədəd telefonu parçalamaq imkanına malikdir.

Bundan başqa, Apple yenilənə bilən enerjiyə də əhəmiyyət verir. Hətta şirkətin müəyyən bir fəaliyyət sahəsində bu enerjidən istifadə olunurdu.

Ötən günlərdə Apple tərəfindən edilən açıqlamaya görə, indi şirkət bütün işlərində bundan yararlanır. Beləliklə, Apple bütün mövcud müəssisələrində bərpa olunan enerjidən istifadə edir.

© Xeberler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276