İKT

“Facebook” direktorundan Azərbaycan açıqlaması!
04 APREL
218

“Facebook” direktorundan Azərbaycan açıqlaması!

2018-04-04 13:46:00

Facebook” rəhbərliyi Rusiya İnternet Tədqiqatları Agentliyinin (“trol fabriki”) sosial şəbəkədəki səhifələrinin silinməsi ilə bağlı maraqlı açıqlama verib.

Fins.az-ın xəbərinə görə, “Facebook”un təhlükəsizlik üzrə direktoru Aleks Stamos bildirib ki, silinən səhifələrdəki kontentlərin (məzmun) 95%-i rus dilində idi və rusiyalılara, eləcə də bütün dünya üzrə rusdilli insanlara, o cümlədən Rusiyanın qonşuları Ukrayna, Özbəkistan və Azərbaycana yönəlmişdi. O, trolların fəaliyyətinin aşkarlanmasına aylar sərf etdiklərini vurğulayıb. 

A. Stamos qeyd edib ki, Rusiya “trol fabriki”  manipulyasiya məqsədilə saxta akkauntlardan ibarət mürəkkəb şəbəkə yaradıb, ABŞ-dakı prezident seçkilərindən əvvəl və sonra bu şəbəkəni işə salıb: “Ona görə də kontentdən asılı olmayaraq, biz onlarla bağlı olan bütün səhifələri sildik – hətta Rusiya mədəniyyəti və turizmi ilə əlaqəli səhifələri də”, - deyə A. Stamos söyləyib.  

Qeyd edək ki, “Facebook” administrasiyası “trol fabriki” kimi tanınan Rusiya İnternet Tədqiqatları Agentliyinin sosial şəbəkədə olan 280, eləcə də “Instagram”dakı 65 səhifəsini silib.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267