İKT

Casus proqram təminatının yeni nümunələri aşkar edilib
29 MART
273

Casus proqram təminatının yeni nümunələri aşkar edilib

2018-03-29 17:44:00

"Eset" antivirus şirkəti kibercasusluq üçün "Remote Control System" adlı  proqram təminatının yeni nümunələrini aşkar edib. İtaliyanın "Hacking Team" şirkəti tərəfindən yaradılmış proqram təminatı 14 ölkədə izləmə üçün tətbiq edilir.
Fins.az xəbər verir ki, "Eset" şirkətində araşdırılmış "RCS" proqram təminatının nümunələri fişinq göndərmələrinin köməyi ilə yayılıb. İcra olunan zərərverici fayl ikiqat fayl genişlənməsindən istifadə edərək PDF sənədi kimi maskalanıb. Ekspertlər bildirirlər ki, sənədlərin adları, ehtimal ki, diplomatik nümayəndəliklərin əməkdaşları arasında potensial qurbanlar üçün hədəflənib.
"Hacking Team" şirkəti hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanlarına casus proqram təminatı satmaqla tanınır. "RSC"-nin qabaqcıl həlli yoluxdurulmuş fərdi kompüterdən faylların yüklənməsini, elektron məktubların ələ keçirilməsini, veb kamera və mikrofonun məsafədən idarəetməsini təmin edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253