İKT

Xiaomi Mi 7 ekranda barmaq izi sensoru ilə gələ bilər
29 MART
255

Xiaomi Mi 7 ekranda barmaq izi sensoru ilə gələ bilər

2018-03-29 13:30:00

Yaxın aylarda tanıdılması gözlənilən Xiaomi Mi 7 modeli ilə bağlı bır məlumat daha sızdı. Bir çox istifadəçinin gözlədiyi və istədiyi ekranda barmaq izi sensoru Mi 7 modeli ilə birliktə gələ bilər. MIUI qaynaq kodlarına əsasən əldə olunan məlumat ekranda barmaq izi sensoru ilə satışa çıxan ilk modellərdən biri Mi 7 modeli olacağını göstərir.

Xiaomi Mi 7 modelinin kod adı "dipper" olacaq və sızıntılara görə barmaq izi sensoru telefonun ekranında olacaq.    

MIUI interfeysinin MiuiKeyGuard adlı telefonun kilid ekranı ilə əlaqəli olan servisində Synaptics və Goodixbazalı bir sıra kodlar aşkarlanıb. Bu kodlar isə barmaq izi sensorunun telefonun ekranına inteqrasiya edilmiş şəkildə olacağını göstərir. Mi 7 modelindən başqa "Ursa" kod adlı başqa bir Xiaomi flaqmaq modeli də satışa çıxacaq. Bu modelin Snapdragon 845, iPhone X tərzində çərtikli ekran və OLED ekran paneli ilə satışa çıxacağı məlum oldu. Ayrıca bu modeldə də Synaptics və Goodix bazalı kodlar aşkarlandı. Hər 2 modelin "Optik Zoom" dəstəkli olacağı deyilir. Fins.az xəbər verir ki, Technote-un fikrince isə,"Ursa" adındakı bu model satışa çox güman ki, Xiaomi Mi 7 Plus adı altında çıxacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272