İKT

ABŞ-da istifadəçilər “Facebook”u məhkəməyə verib
28 MART
225

ABŞ-da istifadəçilər “Facebook”u məhkəməyə verib

2018-03-28 12:40:00

“Facebook Messenger” mobil tətbiqinin 3 istifadəçisi “Facebook” sosial şəbəkəsinə qarşı məhkəmə iddiası qaldırıb. İstifadəçilər şirkəti onların şəxsi məlumatlarını yaymaqda ittiham edirlər. 

İddia ərizəsi ABŞ-ın Kaliforniya ştatının məhkəməsinə verilib. "Facebook"da dəymiş zərərin kompensasiya edilməsi tələb olunur. Bununla belə, zərərin məbləği açıqlanmayıb. “Facebook” hələlik bu iddia ilə bağlı heç bir şərh verməyib. 

Xatırladaq ki, ötən həftə “Facebook”un "Android" istifadəçilərinin zəngləri və SMS-ləri barədə məlumat topladığı məlum olub. Sosial şəbəkə bəyan edib ki, məlumat yalnız istifadəçilərin razılığı əsasında toplanılır və 3-cü şəxsə ötürülmür. 

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256