İKT

ABŞ-da “Facebook” haqqında təhqiqat başladı
27 MART
190

ABŞ-da “Facebook” haqqında təhqiqat başladı

2018-03-27 10:55:00

ABŞ Federal Ticarət Komissiyası milyonlarla istifadəçinin şəxsi məlumatlarının yayılması faktı ilə əlaqədar “Facebook” haqqında təhqiqata başlayıb.

Fins.az-ın xəbərinə görə, bu barədə komissiyanın martın 26-da verdiyi rəsmi açıqlamada bildirilib.

Qurum sosial şəbəkənin istifadəçilərin gizli məlumatlarının müdafiəsini necə təşkil etməsini yoxlayacaq. “Federal Ticarət Komissiyası mətbuatda yayılan informasiyalara çox ciddi yanaşır və “Facebook”da konfidensiallıq qaydalarına riayət olunmaması məsələsindən ciddi narahatlıq keçirir. Komissiya təsdiqləyir ki, bu qaydalarla bağlı təhqiqat aparır”, - deyə açıqlamada bildirilir.

Avropa İttifaqının ədliyyə məsələləri üzrə komissarı Vera Yurova da “Facebook”a qarşı tədbir görəcəklərini açıqlayıb.

Xatırladaq ki, sosial şəbəkənin 50 milyon istifadəçisinin məlumatlarının Böyük Britaniyanın “Cambridge Analytica” firmasının əlinə keçdiyi məlum olub. “Cambridge Analytica” ABŞ-da 2016-cı il prezident seçkiləri ərəfəsində Donald Trampın seçki qərargahı ilə əməkdaşlıq edib, “Facebook” istifadəçiləri haqqında məlumatların toplanmasına isə Rusiya ilə əlaqələri olan alim – Aleksandr Koqan köməklik göstərib. “Facebook” istifadəçilərinin şəxsi bilgiləri Kembric Universitetinin elmi əməkdaşı A. Koqanın işləyib hazırladığı proqram əlavəsi (“thisismydigitallife”) vasitəsilə toplanıb.  

Artıq Britaniya polisi “Cambridge Analytica”nın ofislərində axtarış aparıb.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267