İKT

“Apple” ilk displeylərini yaratdı
19 MART
391

“Apple” ilk displeylərini yaratdı

2018-03-19 14:14:00

“Apple” korporasiyası özünün kiçik partiya “MicroLED” displeyini istehsal edib.

Fins.az-ın xəbərinə görə, bu barədə “Bloomberg” məlumat yayıb. Displeylərin şirkətin Kaliforniyadakı mənzil-qərargahı yaxınlığında yerləşən məxfi müəssisədə hazırlandığı bildirilir.  

Yeni displeylərin istehsalı prosesi “iPhone X” smartfonlarının təchiz edildiyi OLED displeylərdən daha mürəkkəbdir. Bu səbəblə, “Apple”ın cihazlarının şirkətin öz displeyləri ilə təchiz olunmasının 2 ildən tez baş tutmayacağı xəbər verilir.

“Apple” məsələ ilə bağlı şərh verməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256