İKT

“Facebook”un üçüncü dünya ölkələri üçün sadələşdirilmiş versiyası yaradılıb
19 MART
176

“Facebook”un üçüncü dünya ölkələri üçün sadələşdirilmiş versiyası yaradılıb

2018-03-19 11:43:00

“Facebook” sosial şəbəkəsinin inkişaf etməkdə olan ölkələr üçün sadələşdirilmiş versiyası təqdim olunub.
Fins.az xəbər verir ki, sosial şəbəkənin inkişaf etməkdə olan dövlətlər üçün “Facebook Lite” adlı versiyası saytdan köhnəlmiş “2G” mobil şəbəkə nəslində istifadəyə imkan verir. Bununla yanaşı, ABŞ şirkəti messencerin “Messenger Lite” adlı ayrıca versiyasını yaradıb. Əlavə köhnə və az məhsuldar smartfon istifadəçiləri üçün nəzərdə tutulub.
Artıq “Facebook Lite” əlavəsinin Nepal, Banqladeş və Zimbabvedə sınaqları keçirilib. Bir həftə ərzində şəbəkənin sadələşdirilmiş versiyasından daha yüzlərlə ölkə yararlanmaq imkanı əldə edəcək.
Məlumata görə, tutumu 4 meqabayt təşkil edən əlavədən “Android” əməliyyat sistemli qurğu istifadəçiləri yararlana bilərlər. Əlavənin yeni versiyasının yaradılması ilə bağlı qərar onunla izah edilir ki, üçüncü dünya ölkələri qlobal şəbəkəyə sürətlə qoşulur, lakin internetin sürəti və fərdi qurğuların gücü bəzən rahat istifadə üçün yetərli olmur.

© ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9817
  • ₽ RUB
    0.0273