İKT

Galaxy S9 Plus-ın maya dəyəri nə qədərdir?
16 MART
276

Galaxy S9 Plus-ın maya dəyəri nə qədərdir?

2018-03-16 12:24:00

“TechInsights” adlı tədqiqat şirkətinin mütəxəssisləri “Samsung” şirkətinin Galaxy S9 Plus modelinin komponentlərinə və yığılmasına nə qədər vəsait xərclədiyini və smartfonun maya dəyərinin nə qədər olduğunu hesablayıblar.

Smartfonun ən bahalı komponenti onun 6.2 inç-lik OLED ekranıdır. Şirkətə bu cür ekran 72.5$-a başa gəlir. Bununla belə keçən ilki Galaxy S8 və Galaxy S8 Plus modellərinin ekran qiymətləri 82$ və 78.5$ təşkil edirdi. Exynos 9810 prosessorunun qiyməti 68$, yaddaş həcminin qiyməti isə 51$ təşkil edir.

Tədqiqatda Snapdragon 845 prosessoru iştirak etməyib. Galaxy S9 Plus modelinin əsas özəlliklərindən biri olan kameranı 48$ dəyərində qiymətləndiriblər. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy S8 Plus modelinin kamerasının qiyməti 32$ təşkil edirdi. Beləliklə Galaxy S9 Plus smartfonunun maya dəyəri 379$-dır. Bu isə Galaxy S8 Plus modelinin maya dəyərindən 36$ çoxdur.

Lakin qeyd etmək lazımdır ki, bu cür hesablamalarda proqram təminatının, smartfonun yaradılması, lisenziyalaşdırma, tədqiqat, istehsalat və marketinq kimi göstəricilərə xərclənmiş vəsaitlər nəzərə alınmır. Başqa sözlə desək, qeyd olunmuş qiymət göstəricisi sadəcə olaraq smartfonun komponentlərinə şamil olunur.

© Technote

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256