İKT

Ən etibarlı komputer hansıdır? – REYRİNQ
15 MART
378

Ən etibarlı komputer hansıdır? – REYRİNQ

2018-03-15 14:57:00

ABŞ-ın “Apple” şirkəti daha etibarlı kompüterlər istehsal edir. 

Fins.az xəbər verir ki, bu barədə kompüterlərin təmiri ilə məşğul olan “Rescuecom” şirkəti öz hesabatında bildirib.

Şirkət öz servisinə müraciətlər əsasında toplanmış məlumatlarla reytinq tərtib edib. Kupertinyodan olan şirkət etibarlılıq reytinqində A+ alıb və onun etibarlılıq göstəricisi 665 xal olub.

İkinci yerdə A- reytinqi ilə Cənubi Koreyanın “Samsung” şirkəti qərarlaşıb və onun etibarlılıq göstəricisi 270 xal təşkil edib.

Üçüncü yerdə “Lenovo”, sonrakı yerləri müvafiq olaraq “Microsoft”, “Dell”, “Acer”, HP və “Asus” şirkətləri tutub.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256