İKT

"Whirlpool" şirkəti 40.000 qızdırıcısını geri çağırır
15 MART
193

"Whirlpool" şirkəti 40.000 qızdırıcısını geri çağırır

2018-03-15 11:11:00
Bu səbəblə, "Whirlpool" şirkəti 40.000-dən çox su qızdırıcısını geri çağırmağa qərar verib. Buna səbəb modellərin üzərindəki tutqacın qızdırıcıdan ayrılma hallarının çoxalmasıdır. Bu da isti suyun tökülməsinə və müxtəlif dərəcəli yanıqların əmələ gəlməsinə səbəb olurdu. Şirkət xəbərdarlıqlar çoxalan kimi dərhal müştərilərinə müraciət etdi və bildirdi ki, qızdırıcıları yeniləri ilə əvəz etmək üçün əlaqə saxlasınlar. Bugünə qədər Məhsul Təhlükəsizliyi Komissiyası problemlə bağlı 79 bildiriş alıb. Kiçik yanıq xəsarətləri ilə isə 3 bildiriş daxil olub.
   Qızdırıcılar 2013-cü ilin Sentyabrından bu ilin Fevral ayına qədər ABŞ-da əsasən kiçik şəhər və qəsəbələrdə satılıb. Əgər bugünə kimi Amazon-da alış-veriş etmisinizsə KitchenAid adlı qızdırıcılar çox güman ki, qarşınıza çıxıb. Qiymətləri 100-120 dollar arasında dəyişirdi və arzu edənlər bu qızdırıcıların qırmızı, qara, ağ və gümüşü rəngləri arasında seçim edə bilirdilər. Maraqlı məqam bundan ibarətdir ki, şirkət Fevral ayının sonlarında məhsullarını geri çağırsa da Amazon saytında məhsul haqqında çoxdandır ki, narazılıqların olduğunu görmək olar.

    Məsələn, 2014-cü ildə məhsulun altına şərh yazan bir izləyici bunları demişdi: ''Tutqacın alt hissəsi ilk toxunuşdan sonra gövdədən ayrıldı. Az qalırdı ki, isti su mənə və yanımdakı qızıma zərər yetirsin''.

    2017-ci ilin Noyabrında isə belə bir şərh yazılıb: ''6 aylıq istifadədən sonra tutqac tamamilə yerindən qopdu. Su dərhal yerə töküldü. Əgər yaxın dursaydım mənə də zərər yetirərdi". 

KitchenAid adlı qızdırıcıya sahibsinizsə qızdırıcının altındakı seriya nömrəsini "Whirlpool"un veb saytında yoxlayın. Şirkət rəsmilərinə yazın ki, dərhal qızdırıcınızı yenisi ilə əvəz etsinlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270