İKT

2022-ci ildə kompüter təhlükəsizliyi xərcləri – AÇIQLANDI
14 MART
167

2022-ci ildə kompüter təhlükəsizliyi xərcləri – AÇIQLANDI

2018-03-14 15:12:00

“Juniper Research” analitik şirkətinin mütəxəssisləri proqnozlaşdırırlar ki, yaxın dörd il ərzində bütün dünyada kompüter təhlükəsizliyinə xərclər 33 faiz artacaq. 
Fins.az xəbər verir ki,  əgər bu proqnoz həyata keçsə, 2022-ci ildə qeyd edilən bazar 134 milyard dollara çatacaq. 
Analitiklərin məlumatına əsasən, bu məbləğin təxminən 70 faizi orta həcmli müəssisələrin payına düşəcək. Təhlükəsizlik xərclərinin kapitallaşmasına səbəb “biznesin rəqəmsal transformasiyası” və əşyaların interneti olacaq. 
Eyni zamanda 2017-ci ildə 2022-ci il müddətinə qədər məlumatlardan təhlükə doğuran zərərin ümumi məbləği 8 trilyon dollar həcmində qiymətləndirilir. Analitiklər dəqiqləşdirir ki, zərərin konkret həcmi konkret hallarda hücumların miqyası və toxunulan məlumatların xarakteri ilə bağlıdır. Belə ki, “Maersk” şirkəti təkcə 2017-ci ildə şəbəkənin “NotPetya” virusuna yoluxması sayəsində 200-300 milyon dollar itirib.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272