İKT

MTRŞ:Yeni kanal bu həftə ərzində fəaliyyətə başlayacaq
12 MART
524

MTRŞ:Yeni kanal bu həftə ərzində fəaliyyətə başlayacaq

2018-03-12 11:42:00

“Real” TV bu həftə ərzində fəaliyyətə başlayacaq.

Bu barədə  Milli Televiziya və Radio Şurasından (MTRŞ) məlumat verilib.

“Real” TV-nin “Azerspace”də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500 olacaq. 

Xatırladaq ki, MTRŞ-ın martın 5-də keçirilən iclasının qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. MMC-nin xəbər kanalı “Real” TV adlanır. MMC-nin baş direktoru tanınmış telejurnalist Mir Şahin Ağayevdir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267