İKT

Amazon 1 trilyon dollarlıq kapitalizasiyaya Apple-dan daha tez nail ola bilər
12 MART
265

Amazon 1 trilyon dollarlıq kapitalizasiyaya Apple-dan daha tez nail ola bilər

2018-03-12 11:20:00

Hazırda Apple şirkətinin 893 milyard dollarlıq kapitalizasiya ilə ən bahalı ictimai müəssisə olduğuna baxmayaraq, onun mövqeyi təhlükə altındadır. 1 trilyon dollarlıq kapitalizasiya ilə birinci şirkət statusuna görə bu qeyri-rəsmi yarışda elektronika istehsalçısını Amazon ötüb keçə bilər. Jeff Bezos-un şirkəti hazırda 752 milyon dollar dəyərində qiymətləndirilir, dünya reytinqində üçüncü yeri tutur və liderdən cəmi 141 milyard dollar geridədir.

Lakin fərq böyük templərlə azalır: Apple şirkətinin səhmləri il ərzində 24%, Alphabet-in səhmləri (Google-in məxsus olduğu holdinq) 33% artdığı halda, Amazon-un səhmlərinin qiyməti 83% artıb. Amazon artıq ən bahalı şirkətlər siyahısının üçüncü pilləsindən Microsoft-u çıxarıb. Bu, Amazon-un Warren Buffett-in Berkshire Hathaway Inc investisiya fondu və JPMorgan Chase & Co ilə birgə əməkdaşları üçün səhiyyə şirkəti yaradacaqlarına dair xəbərlərin yayılması ilə baş verdi. Bu, tibbi xidmətlər üzrə xərcləri azaltmaq cəhdidir. Bu əməkdaşlıq Amerikanın mövcud səhiyyə bazarına təhlükə olaraq qiymətləndirilir. Eyni zamanda, Apple-dan iPhone X-in satışı ilə bağlı böyük rəqəmlər gözlənilmir, 1000 dollarlıq smartfona tələbat gözləniləndən daha aşağı ola bilər.

Amazon-un səhmləri hazırki sürətlə artmağa davam etsə, şirkət 1 trilyon dollarlıq kapitalizasiyaya bu ilin avqust ayında çatacaq. Apple-ın isə cari artımı saxladığı halda, daha bir həftəyə ehtiyacı olacaq. Alphabet 2019-cu ili gözləməli olacaq. Düzdür, analitiklərin çoxu bu proqnozların çox nikbin olduğunu qeyd edir, Wall Street-də, Apple səhmlərinin illik 11% artımı 195 dollar dəyərində və 989 milyard dollarlıq kapitalizasiya proqnozlaşdırılır. Amazon üçün proqnozlar daha aşağıdır, 10% artım, səhmlərin dəyəri 1700 dollar, kapitalizasiya isə təxminən 823 milyard dollar.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255