İKT

“Android” sisteminin yeni versiyası vaxtından əvvəl təqdim edilib
09 MART
219

“Android” sisteminin yeni versiyası vaxtından əvvəl təqdim edilib

2018-03-09 10:35:00

“Google” şirkəti “Android P” əməliyyat sisteminin test quraşdırmasını təqdim edib.
Fins.az xəbər verir ki, “Android” sisteminin yeni versiyasının 14 martda təqdim ediləcəyi planlaşdırılırdı. Sistemin yeni versiyası, hələ ki, yalnız “Pixel” smartfonları üçün əlçatandır. “Ars Technica” nəşri yazır ki, növbəti “Android” versiyası “Nexus 5x” və “Nexus 6P” smartfonları, həmçinin “Pixel C” planşetini dəstəkləməyəcək.
“The Verge” nəşri “Android”in növbəti versiyasının bəzi yeniliklərini açıqlayıb. Məsələn, sistemdə interfeysin görünüşünü sazlamaq funksiyası əlçatandır.
Yeni “Android” sistemi, hələ ki, adsızdır. “Android”in son versiyası “Oreo”, ondan əvvəlki versiyası isə “Nougat” adlanır.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272