İKT

2019-cu ildə Ayda 4G şəbəkəsi qurulacaq
07 MART
273

2019-cu ildə Ayda 4G şəbəkəsi qurulacaq

2018-03-07 15:08:00

"Vodafone" və "Nokia" şirkətləri 2019-cu ildə Ayda 4G mobil şəbəkəsini qurmaq niyyətindədir.

Fins.az-ın xəbərinə görə, bu məqsədlə Yerin peykinə "çəkisi şəkər qutusundan az" xüsusi avadanlıq göndəriləcək.

Məhz bu qurğu vasitəsilə yüksək dəqiqlikli məlumat axını Ayın landşaftından Yerə ötürüləcək. Şəbəkə ilə göndərilən videolar və digər məlumatlar missiyanın Berlindəki idarəetmə mərkəzinə Ayda gəzən iki "Audi" aparatını idarə etməyə imkan verəcək.

"Nokia"nın texniki direktoru Markus Ueldon bildirib ki, bu missiya kosmosun öyrənilməsi üçün böyük əhəmiyyət daşıyır. Çünki gələcək uçuşlar zamanı qurğu ekstremal şəraitdə çalışacaq və bəşəriyyət kosmosdan məlumatların ötürülməsinə öyrəşməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256