İKT

Dron-printer təqdim edilib
06 MART
278

Dron-printer təqdim edilib

2018-03-06 15:36:00

Çinin tanınmış 3D-printer istehsalçısı “DediBot” şirkəti “TCT Asia 2018” sərgisində uçan 3D-printerin konseptini təqdim edib.

Məlumdur ki, adi “yerüstü” printerlərin imkanları onların ölçüləri ilə məhdudlaşır. “Fly Elephant” uçan 3D-printeri isə bu məhdudiyyətləri aradan qaldırır. Qurğu pərləri olan 6 mühərrikdən və əridilmiş plastik kütlə, maye beton qarışığı və digər “mürəkkəblər”in ötürülməsi üçün nəzərdə tutulmuş çap ucluğundan ibarətdir. Çap alqoritmi uyğun proqram təminatı ilə təyin edilir.

Yaradılan obyektin ölçüləri praktik olaraq, məhdudlaşmır ki, bu da çoxmərtəbəli binaların tikintisi zamanı uçan 3D-printerlərdən istifadə etməyə imkan verir. “Fly Elephant” konsepsiyası, həmçinin bir obyekt üzərində eyni zamanda müxtəlif “mürəkkəblər”lə işləyən bir neçə uçan aparatdan istifadəni nəzərdə tutur.

Hazırda şirkətin mütəxəssisləri dron-printerin avtonom iş vaxtını maksimum uzatmaq üzərində çalışırlar. Bundan başqa, onlar güclü küləyin əməliyyatların icra edilməsinin dəqiqliyinə necə təsir edəcəyi və s. kimi məsələləri aydınlaşdıracaqlar.

©Ict.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255