İKT

'Apple' yeni bahalı qulaqlıqlar üzərində çalışır
06 MART
149

'Apple' yeni bahalı qulaqlıqlar üzərində çalışır

2018-03-06 09:27:00

“Apple” şirkətinə yaxın olan mənbənin Bloomberg saytına verdiyi məlumata əsasən şirkət səs-küyü boğma və qatlanma özəlliklərinə sahib bahalı qulaqlıqlar üzərində çalışır.

Beləliklə şirkət bazarda olan Bose və özünün sahibi olduğu Beats by Dre brendləri ilə rəqabət apara biləcək. Şirkət yeni qulaqlıqları ilin sonuna kimi satışa çıxartmağı planlaşdırır. Lakin onların təqdimatı daha tez bir zamanda baş verə bilər. Son illər ərzində “Apple” yeni qulaqlıqlar üzrə layihəni bir neçə dəfə dayandırmış və yenidən başlatmışdır. Bu cür hadisə həmçinin HomePod ağıllı səsgücləndiricisi ilə də baş vermişdi. Ehtimal var ki, şirkət yenidən bu layihəni təzdən başladacaq və ya onu tamamilə ləğv edəcək. Səs-küyü boğmaqdan əlavə olaraq qulaqlıqlar həmçinin AirPods-lardakı kimi sürətli şəkildə səs mənbəyinə qoşulma özəlliyinə də sahib olacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256