İKT

Alimlər xəstəliklərin ani diaqnostikası üçün qurğu yaradıblar
04 MART
389

Alimlər xəstəliklərin ani diaqnostikası üçün qurğu yaradıblar

2018-03-04 18:12:00

Çinin Quançjou şəhərində yerləşən tibb mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanmış yeni qurğu xəstəliklərə diaqnoz qoymağa imkan verir.

Məlumdur ki, xəstəliklərin vaxtında və düzgün diaqnostikası müalicədə ən vacib mərhələ hesab edilir. Süni intellekt əsasında işləyən tibbi aparatdan istifadə diaqnozun qoyulması zamanı insan amilinin təsirini azaldaraq həkim səhvi riskini minimuma endirəcək.

Fins.az xəbər verir ki, yeni qurğu uşaqlarda ağciyər iltihabını və ya gözün torlu qişası xəstəliyini asanlıqla müəyyənləşdirir.

Alimlər aparatı təkmilləşdirməyi və diaqnoz qoyulan xəstəliklərin siyahısını genişləndirməyi planlaşdırırlar. Çin mühəndisləri əmindirlər ki, onların texnologiyası maksimum dərəcədə sürətli və daha dəqiq diaqnostika hesabına müasir tibbin səmərəliliyini yüksəltməyə kömək edəcək.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255