İKT

“Nokia” satışlarda bu smartfonları qabaqladı
14 FEVRAL
252

“Nokia” satışlarda bu smartfonları qabaqladı

2018-02-14 14:48:00

2017-ci ilin dördüncü rübündə “Nokia” smartfonlarının satışları HTC, “Sony”, “Google” və “OnePlus” smartfonlarının satışlarını Fins.az xəbər verir ki, bu barədə “Counterpoint Research” şirkətinin analitiki Neyl Şen özünün “Twitter” səhifəsində bildirib. 

Onun məlumatına görə, sonuncu maliyyə rübündə “Nokia” cihazlarının satışları 4,4 milyon ədəd təşkil edib və smartfon bazarında ümumi satışların 1 faiz payına malik olub. 

Beləliklə, brend dünyada smartfon sayının satışına görə 11-ci yeri tutub. Şirkət HTC, “Sony”, “Google”, “Lenovo”, “OnePlus” və “Asus” şirkətlərinin geridə qoyub.

Şirkət ciddi inkişaf nümayiş etdirib. Xatırladaq ki, “Counterpoint Research” məlumatına əsasən, üçüncü rübdə “Nokia” smartfonlarının satışları 2,8 milyon nüsxə təşkil edib.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253