İKT

“Google” növbəti dəfə cərimələndi
09 FEVRAL
292

“Google” növbəti dəfə cərimələndi

2018-02-09 12:35:00

Hindistanın rəqabət üzrə Komissiyası (CCİ) ABŞ-ın “Google” şirkətini 1,36 rupi (21 milyon dollar) məbləğində cərimələyib.

Səbəb şirkətin ümumi online axtarış və reklam xidmətlərinin axtarışı seqmentində dominant mövqeyindən sui-istifadə etməsidir. “Müəyyən olunub ki, “Google” axtarışın təhrif olunması praktikasını tətbiq edib, bu isə həm rəqiblərə, həm də istifadəçilərə zərər vurur”, - deyə komissiyanın açıqlamasında bildirilir.

Məlum olub ki, “Google” Hindistanda axtarış sorğularını öz xidmətlərinə yönləndirirmiş. Xatırladaq ki, ötən il Avropa İttifaqı eyni səbəblə “Google”u 2,42 milyard avro məbləğində cərimələyib.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259