İKT

Mobil axtarış sistemində mehmanxana və təyyarə biletlərinin bron edilməsi funksiyası asanlaşdı
08 FEVRAL
92

Mobil axtarış sistemində mehmanxana və təyyarə biletlərinin bron edilməsi funksiyası asanlaşdı

2018-02-08 15:03:00

Səyahəti planlaşdırmaq çox vaxt alır və istifadəçi smartfonunun köməyi ilə səfərə hazırlaşdığı halda müxtəlif xidmət və ya mobil proqramlardan istifadə tələb edir. “Google” şirkəti mehmanxana və təyyarə biletlərinin bron edilməsi funksiyasını öz axtarış sisteminin mobil versiyasına inteqrasiya etməklə bu məsələni asanlaşdırmağa dair qərar verib.

Axtarış sisteminin yeni imkanları sayəsində istifadəçilər mehmanxanalar haqqında informasiyaya, onların interyer şəkillərinə və başqa detallara birbaşa axtarış nəticələrində baxa biləcək, həmçinin mehmanxana nömrələrinin bron edilməsi filtrasiyası imkanı əlçatan olacaq.

© ICTnews.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1108
  • ₽ RUB
    0.0301